Rektor: “Ölkənin ali məktəblərini bitirən məzunların dövlət imtahanından azad edilməsi çox aktual bir məsələdir” - MÖVQE
Bu gün ölkənin ali məktəblərini bitirən məzunların buraxılış işi və dövlət imtahanından azad edilməsi çox aktual bir məsələdir. Bunu SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov deyib. O bildirib ki, bu məsələyə hər bir universitetin özünün yanaşma metodu var.
A.Məhərrəmovun sözlərinə görə, elə universitetlər var ki, onlar çox profillidirlər: "Məsələn, riyaziyyatçı olmaq üçün sonda ümumi bilik lazımdır. Buna universiteti bitirəkən qalıq bilik deyilir. Bugün bütün universitetlərin reytinqimi müəyyənləşdirərkən qalıq biliklər hökmən nəzərə alınır. Qalıq biliyin nəticəsi isə dövlət imtahanı zamanı ortaya çıxır. Tələbə I kursda oxuyarkən artıq qiymət üçün oxumur və nəzərə alır ki, sonda dövlət imtahanı verəcək. Hər universitetin yanaşma metdologiyasına əsasən onların dünya cədvəlindəki mövqeyi müəyyənləşir. Universitet alimlərinin yazdığı elə əsərlər var ki, o dünyanın aparıcı jurnallarında çap olunur. Bu il Azərbaycanda info-faktorlu jurnalarda çıxan məqalələrin 33%-i Bakı Dövlət Universiteti alimlərinin payına düşür. Magistraturaya qəbul aparakən bütün yerləri universitetin məzunları tutur. Bütün bunlar isə tələbələrin yekunda dövlət imtahanı və buraxılış işi verməsindən asılıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB