Fazil Mustafa: “Azadlıq” dövlətin pulunu haram sayır, amma dövlətin pulunu yeyir\"- MÜNASİBƏT
Milli Məclisinin bugün keçirilən iclasında Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) və "Azadlıq" qəzetini sərt tənqid edib. SİA-nın xəbərinə görə, "Azadlıq" qəzetinin bəzi köşə yazarlarını "səviyyəsiz" adlandıran F.Mustafa bildirib ki, qəzetinin bəzi yazarlarının psixi problemləri olduğunu da vurğulayıb.
"Azadlıq" dövlətin pulunu haram sayır, amma dövlətin pulunu yeyir. Onda KİVDF-nin pulundan imtina edin də… Prezidenti tənqid edirsiniz edin, amma saat məsələsində üzr istəmək ortaya çıxanda niyə dediniz ki, bu yazı Vəfa Cəfərovanın bloqundan götürülüb? Niyə qadının üstünə göndərirsiniz hakimiyyəti? Məni bir yazıma iyirmi cavab yazırlar. Bu mədəniyyəti, bu əxlaqı haradan almısınız? Üzr istəmək kimi elementar mədəniyyətə malik deyillər. Belə qorxaqsınızsa, daha niyə yazırdınız ki, prezidentin saat 800 min manatdır? Deyirlər ki, guya Siyavuş Novruzovla mənim fikirlərim üst-üstə düşür. Əslində, mən Siyavuş Novruzovun əksər fikirləri ilə razılaşmıram. Amma Siyavuş Novruzovun öz liderinə göstərdiyi hörmətin zərrə qədərini Əbülfəz Elçibəyə göstərməmisiniz. İndi də çəkdiyiniz əziyyət bunun bədəlidir, ödəyirsiniz. Hələ çox ödəyəcəksiniz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB