Azərbaycan Parlamenti ilə Kolumbiya Senatı arasında parlamentlərarası əlaqələr üzrə dostluq qrupu yaradıla bilər

Azərbaycan Parlamenti ilə Kolumbiya Senatı arasında parlamentlərarası əlaqələr üzrə dostluq qrupu yaradıla bilər

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Parlamenti ilə Kolumbiya Senatı arasında parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun yaradılması təklif olunub. SİA-nın xəbərinə görə, millət vəkili Aydın Mirzəzadə Kolumbiya Senatında Dağlıq Qarabağ məsələsi, o cümlədən Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qətnamənin qəbul olunmasını Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirib.

Onun sözlərinə görə, Kolumbiya Senatının qəbul etdiyi sənəddə Azərbaycan torpaqlarının, o cümlədən Xocalının ermənilər tərəfindən işğal olunduğu, Xocalıda əsrin faciəsi törədildiyi açıq şəkildə əks olunub. Bu məqamların olduqca vacib və əhəmiyyətli olduğunu deyən millət vəkili qeyd edib ki, bu gün nə Azərbaycanın Kolumbiyada, nə də Kolumbiyanın Azərbaycanda diplomatik korpusu yoxdur.

Maraqlı təkliflərlə çıxış edən A.Mirzəzadə bildirib ki, Azərbaycan Parlamenti adından Kolumbiya Senatının sədrinə təşəkkür məktubu göndərilsin: "Bundan əlavə, Azərbaycan Parlamenti ilə Kolumbiya Senatı arasında parlamentlərarası əlaqələr üzrə dostluq qrupu yaradılsın. Mən bu qrupun məmuniyyətlə üzvü olardım\".

A.Mirzəzadənin bu təklifləri spiker Oqtay Əsədov tərəfindən də razılıqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə