Milli Məclisdə Şuşa şəhərinin işğal edilməsinin 20-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul edilib
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Şuşa şəhərinin işğal edilməsinin 20-ci ildönümü ilə bağlı Avropa Parlamenti, AŞPA və digər beynəlxalq təşkilatlara müraciət qəbul edilib. SİA-nın xəbərinə görə, millət vəkillərinin müxtəlif çıxışlarından sonra Şuşanın işğalının 20 illiyi ilə bağlı müraciəti parlamentin vitse-spikeri Bahar Muradova oxuyub.
Müraciətdə bildirilir: "Ermənistan
dövlətinin etnik təmizlənmə siyasəti nəticəsində Şuşa şəhərinin yerləşdiyi
Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon - Laçın, Kəlbəcər, Ağdam,
Qubadlı, Zəngilan, Cəbrayıl, Fizuli rayonları işğal olunmuş, Ermənistan ərazisindən
və Azərbaycanın işğal olunmuş rayonlarından 1 milyondan artıq azərbaycanlı
qovulub, didərgin salınmış, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20
mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox
adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət
edilmiş, dağıdılmış və yandırılmışdır.
İşğal zamanı erməni millətçiləri azərbaycanlı əhaliyə qarşı bir neçə soyqırımı
cinayəti, o cümlədən Xocalı faciəsini törətmişdir. Məlum olduğu kimi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə nizama
salınmasi məqsədilə 1992-ci ilin mayında ATƏT-in Minsk Qrupu yaradılmışdı.
1993-cildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası münaqişəyə
dair qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə Azərbaycan
Respublikasdının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin
toxunulmazlığını birmənalı şəkildə təsdiqləmiş və Ermənistan silahlı
qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb etmişdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar müvafiq qətnamələr qəbul etmişlər. Münaqişənin nizama salınmasının hüququ bazasının ayrılmaz hissəsini təşkil edən bütün bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü birmənalı şəkildə qeyd edilmişdir.
Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentini, Avropa Şurasının Parlament Assambleyasını və dünya parlamentlərini, münaqişənin həllində marağı olan bütün qüvvələri öz səylərini birləşdirməyə çağırır. Biz gözləyirik ki, Cənubi Qafqaz bölgəsində, həm də bütün Avropada sülh və sabitlik üçün təhlükə törədən bu münaqişə ocağının aradan qaldıırılması, Ermənistan Respublikasının işğalçılıq siyasətindən əl çəkməyə sövq edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyün bərpa edilməsi üçün Beynəlxalq Birlik qəti mövqeyini nümayiş etdirəcək".Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB