Milli Məclisin bu gün keçirilən iclasında millət vəkilləri Almaniyadakı bəzi qüvvələrin Azərbaycanı tənqid etməsi və Almaniyada dərc olunan qeyri-obyektiv yazılara münasibət bildirib. SİA-nın xəbərinə görə, iclasda çıxış edən bütün deputatlar Almaniyaya qarşı tənqidi fikirlər səsləndirib.
Millət vəkili Siyavuş Novruzov isə Almaniyada islamofobiya olduğunu, bunu sübut edən fotoları özü ilə parlamentə gətirdiyini deyib və şəkilləri nümayiş etdirib: "Məscidin üzərində qadağa işarəsi qoyurlar. Gəlsinlər, Azərbaycandan tolerantlığı öyrənsinlər. Şeyximiz hara gedirsə, digər dinlərin də nümayəndələri onunla gedir".
Onun fikrincə, burada söhbət heç də Almaniya dövlətidən getmir: "Almaniyanın səfiri deyib ki, Bakıda sökülən evlərə laqeyd qala bilmirəm. Bəs, Azərbaycanın işğal olunan torpaqlarına, qaçqın və məcburi köçkünlərinə necə laqeyd qala bilir?"
Deputat Çingiz
Qənizadə isə Almaniyadan
Azərbaycana yönələn gələn tənqidlərin başında bu ölkə parlamentindəki Yaşıllar
fraksiyası və bu ölkənin Ombudsmanı, həmçinin Azərbaycandakı bəzi şəxslərin durduğunu
deyib. Fəzail İbrahimli də Almaniyanı tənqid edərək bu
kampaniyanın arxasında erməni lobbisinin durduğunu qeyd edib.
Millət vəkili Azay Quliyev vurğulayıb ki, Almaniya mətbuatında Azərbaycana qarşı gedən yazılara səthi yanaşılmamalıdır: "\"Bizim narazılığımız Almaniya dövlətinə, xalqına və hökumətinə qarşı deyil. Azərbaycan xalqının narazılığı Yaşıllar Fraksiyasının ölkəmizlə bağlı dəqiqləşdirilməmiş, qeyri-obyektiv məlumatlar ilə bağlıdır. Azərbaycanla Almaniya dost və tərəfdaş ölkələrdir. İki ölkə arasında keçən il 2 milyard dollardan çox ticarət dövriyyəsi olub. Almaniya Bundestaqının 2009-cu ildə qəbul etdiyi qətnamədə Azərbaycanın ərazi bütövlüyü tanınıb. Almaniyanın bəzi media orqanlarında gedən qeyri-obyektiv yazılar Azərbaycanın imicinə xələl gətirmək naminə yazılır\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB