Əli Əhmədov Almaniya səfirini fakt qarşısında qoydu

Almaniyada bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı belə fərqli bir taktika qurulub. SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov Milli Məclisin bu gün keçirilən iclasında Almaniyadakı bəzi qüvvələrin Azərbaycanı tənqid etməsi Almaniyada dərc olunan qeyri-obyektiv yazılara münasibət bildirərkən deyib. Almaniyanın Azərbaycandakı səfirinin də bu taktikanın iştirakçısı olduğunu deyən Ə.Əhmədov təklif edib ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda evləri sökülən şəxslərə verilən evlərin fotolarını Almaniya səfirinə göndərsin: "İnsanın yaşaması üçün yararlı olmayan evlərdən rahat evlərə köçürülməsi nə vaxtdan vətəndaşların evlərinin sökülməsi olub? Ona görə də Bakı şəhər İcra Hakimiyyətindən xahiş edirəm ki, yenidənqurma işləri ilə əlaqədar sökülən evlərin şəkilləri ilə, onların sahiblərinə verilən mənzillərin şəkillərini Almaniyanın Azərbaycandakı səfirliyinə göndərsin".

Bütün xəbərlər Facebook səhifəmizdə