Milli Məclisin plenar iclasında Şuşa şəhərinin işğalının 20-ci ildönümü müzakirə edilir

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda Şuşa şəhərinin işğalının 20 illiyi haqqında məsələ müzakirə olunur. İclasda Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə bağlı qərar qəbul olunacaq.

Bundan əlavə, iclasın gündəliyinə ümumilikdə 6 məsələ daxildir ki, bunlara da "Əhalinin sağlamlığının qorunması haqqında", "Mühasibat uçotu haqqında" qanunlara, Mülki Prosessual Məcəlləyə və Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihələri, həmçinin, "Əqli mülkiyyət haqqında hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsi daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə