Sürüşmə zonalarında təhlükə bir qədər də artıb

Sürüşmə zonalarında təhlükə bir qədər də artıb

Xızıda yağıntının davam etməsi rayondakı sürüşmə zonalarında təhlükəni bir qədər də artırıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, havanın yağmurlu keçməsi təkcə sakinləri deyil, eyni zamanda, mütəxəssisləri də ciddi narahat etməyə başlayıb. Gözlənən təhlükədən ehtiyatlanan rayon isə sürüşməyə meylli ərazilərdə nəzarəti bir qədər də gücləndirib. Elə bu səbəbdəndir ki, hazırda daha təhlükəli hesab edilən Xızının Altıağac yolunda önləyici tədbirlər həyata keçirilməkdədir. Belə ki, səlahiyyətli qurumlar sürüşmə zonasındakı qəzalı yoldan narahatdır Hazırda həmin yol istiqamətində işlər davam etdirilir. Sürüşmə nəticəsində yollarda ciddi problemlər yaranıb.

Rayon sakinləri bildiriblər ki, son vaxtlar fasiləsiz yağan qar və yağış suları birbaşa torpağın at laylarına süzülməkdədir. Bu da suyun səviyyəsinin artmasına səbəb olur ki, nəticədə sürüşmə baş verir. Hazırda yağıntıların intensivləşməsi üzündən təhlükəli ərazilərdə sürüşmə riski bir qədər də artıb. Bundan əlavə yamacların süni yüklənməsi də sürüşməyə təsir edən amillərdəndir.

Xatırladaq ki, sürüşmə zonalarında yamacların alt hissələrində evlər tikilib, yollar salınıb. son vaxtlar sürüşmənin aktivləşməsi bir neçə amillərlə bağlıdır. Təbii ki, yağıntının çox olması da sürüşməyə təkan verən amillərdən sayılır. İndiyədək Xızıda ən böyük sürüşmə Altıağac yolu üzərində baş verib. Onu da qeyd edək ki, Sürüşmə baş verdiyinə görə onun mənbəyindən beton-armaturla sərhəd betonu da çəkilir.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə