Məcburi köçkünlərin ev problemi həll edildi

Məcburi köçkünlərin ev problemi həll edildi

Uzun illərdir ki, çətin şəraitdə yaşayan məcburi köçkünlərin ev problemi həll edilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Ağcabədi 560 mənzili olan yeni qəsəbəyə köçkünlərin köçürülməsi davam etdirilir. 10 hektar ərazidə 10 ədəd 5 mərtəbəli bina, orta məktəb, klub, xəstəxana binası , uşaq baxçası və ərazi nümayəndəliyi üçün bina tikilib və istifadəyə tam hazırdır.

Rayonda tikilən Yeni qəsəbəyə Ağdam, Şuşa, Xocavənd, Fizuli, və Xocalı rayonlarından olan məcburi köçkünlərin köçürülür. İndiyədək 250 ailə evlə təmin olunub. Əvvəllər fin şəhərciyində çətin şəraitdə yaşayan ailələr bütün şəraiti istilik sistemi, vanna otağı və digər lazımi avadanlıqları olan mənzilə görə öz minnətdarlıqrını bildiriblər. Bütün infrastrukturu standartlara uyğun tikilən qəsəbədə qaz, su, elektrik enerjisi, küçələrdə müasir işıqlandırma sistemi, kanalizasiya xətləri qurulub, binaların ətrafına yaşıllıq salınıb.

Qeyd edək ki, köçürmə zamanı bütün maddi vəsaitlərdə dövlət tərəfindən ödənilir.Yaxın bir neçə gündə köçürmə prosesi tam başa çatacaq.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə