Azərbaycan və Qırğızıstan arasında gənclər sahəsində əməkdaşlıq haqqında sənəd imzalandı
Bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində gənclər və idman nazirinin müavini İntiqam Babayev və Qırğızıstanın gənclər, məşğulluq və əmək naziri Aliasbek Alimkulov arasında 2012-2013-cü illəri əhatə edən tədbirlər planıhaqqında sənəd imzalanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlər planına Qırğızıstanda Azərbaycan, Azərbaycanda Qırğız gənclərinin günlərinin keçirilməsi, əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə "Dostluq düşərgələri" nin yaradılması, müxtəlif sərgilərin, treninqlərin, dəirmi masaların, daimi telekörpülərin keçirilməsi və s daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB