Yaxın Şərq boyunca yaşayan minlərlə azərbaycanlıların adından Almaniya səfirinə məktub göndərilib

Yaxın Şərq boyunca yaşayan minlərlə azərbaycanlıların adından Almaniya səfirinə məktub göndərilib

Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyəti Almaniyanın Azərbaycandakı Səfirliyinə məktub göndərib. SİA-nın xəbərinə görə, məktubu Yaxın Şərq boyunca yaşayan minlərlə azərbaycanlıların adından Samir İmanov ünvanlayıb. Məktubda qeyd olunur: "Sizin yaşınıza və peşəkar təcrübənizə nəzər saldıqda diplomatik və etiket qaydalarından xəbərdar olmalı bir insan kimi görünürsünüz. İstər sizin, istərsə də Almaniya hökumətinin Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etməyə heç bir hüququ yoxdur. Biz, Ərəb körfəzi ölkələrində və Yaxın Şərqdə yaşayan minlərlə azərbaycanlılar ölkəmizin müstəqilliyinin itirilməsinə yönəldilmiş fəaliyyətinizi qəti pisləyirik. Bir neçə gündən sonra dünyanın bir çox ölkələrinin xalqları ilə yanaşı Azərbaycan xalqı da Alman faşizminə qarşı atalarının və babalarının qələbəsini qeyd edəcək. Bəşər tarixi Alman nasizminin qeyri-alman ailələrin həyatına son qoymasını və bütövlükdə xalqları məhv etmək üçün törətdiyi dəhşətli və vəhşi aktları hələ gözəl xatırlayır. Dünya tarixinin öyrənilməsi üçün vaxt tapa bilsəniz, Azərbaycan sivilizasiyanın həqiqətən nə qədər qədim və onun mədəniyyətinin necə mərhələli inkişaf etməsini anlayar, onun köklərinin almanların bir millət kimi formalaşmasından da əvvəlki illərə təsadüf etdiyini başa düşərsiniz. Barbar, mənası \"vəhşi\" köklü sözə təsadüf edən və illər uzunu belə aktların davamlı inkişafı ilə formalaşan alman sivilizasiyanın arxasında intellektual nəsilləri olan mədəniyyətli xalqımıza hücum etməsi gülünc görünür. Biz digər tərəfdən hər zaman intellekti olan bir xalqıq. Poeziyaya, incəsənətə və musiqiyə bağlılığı cəhətdən Azərbaycan mədəniyyət ölkəsidir. Əlli milyonluq Azərbaycan xalqı Almansiya sənətçilərilə bərabər kiçik saylı fundamental müxalifət qruplarına izin verməyəcəkdir ki, Azərbaycan Respublikasında sabitliyi poza və onun güclü iqtisadiyyatına qarşı təxribat işləri aparsın. İndi daha aydın olur ki, BƏƏ dövləti, kansler Angela Merkelə bağlı olan Almaniyanın Adenauer qrupunun Abu Dabi ofisinin qapısını niyə bağladı. Anti-Azərbaycan fəaliyyətinizi dərhal dayandırmasanız biz, dünya azərbaycanlıları Azərbaycan Hökumətinden tələb edəcəyik ki, ölkədə sakitliyi pozduġunuza görə diplomatik qaydalara uyğun olaraq Almaniyanın Azərbaycandakı səfirini, yəni, sizi ölkədən xaric etsin. Ümid edirəm sizə hər şey aydın oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə