Mayın 4-dən 5-dək Türkiyənin İstanbul şəhərində "Ali təhsildə meyllər: innovasiya və təşəbbüskarlıq" mövzusunda II Beynəlxalq Konqres keçiriləcək. ATİ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iki gün davam edəcək beynəlxalq tədbirə Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç və Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov dəvətlidirlər.
Məlumat üçün bildirək ki, ATİ-nin rektoru C.Cəfərov 2009-cu ildə Türkiyənin Fatih və İstanbul Universitetlərinin birgə təşkilatçılığı ilə keçirilmiş I Beynəlxalq Ali Təhsil Konqresinin də iştirakçısı olub.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB