“Onlayn media və onun özəllikləri”

“Onlayn media və onun özəllikləri”

"Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi" İctimai Birliyi həyata keçirdiyi Multimedia İnformasiya Texnlogiyaları (MİS) layihəsi çərçivəsində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə "Onlayn media və onun özəllikləri" mövzusunda seminar keçirib. Təşkilatdan SİA-ya verilən xəbərə görə, Sumqayıt İnsan Hüquqlarının Tədrisi üzrə Təlim və Resurs Mərkəzində baş tutan seminarda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş şöbəsinin müdiri Rüstəm Sadıqzadə və fəal gənclər iştirak edib.

Seminarda Azərbaycanda onlayn medianın tarixinə qısa baxış, onlayn medianın özəllikləri və digər medialardan üstün tərəfləri, onlayn medianın yenilikləri və onlayn medianın menecmenti barədə iştirakçılara məlumat verilib. Seminar qarşılıqlı sual-cavab şəraitində başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə