“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) YAP Gənclər Birliyi və ADPU-nun Gənclər Təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən YAP GB-nın sədri Seymur Orucov deyib ki, hər il may ayının ilk ongünlüyündə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibəti ilə ölkəmizdə və ölkə sərhədlərindən kənarda müxtəlif tədbirlər keçirilir.


Qeyd olunub ki, bu tədbirin əsas mahiyyəti həm ölkə ictimaiyyətinə, xüsusən də gənc nəslə, həm də dünya ictimaiyyətinə Heydər Əliyev irsi haqqında daha müfəssəl bilgilər vermək və onun planetar siyasətçi kimi gördüyü işləri müxtəlif aspektlərdən təhlil etməkdir: "Bu baxımdan, hər il olduğu kimi, bu dəfə də YAP GB tərəfindən Ulu öndər Heydər Əliyevin doğum günü münasibəti ilə silsilə tədbirlər hazırlanıb və artıq bu tədbirlərin icrasına başlanılıb. Bu tədbirlərdən birincisi Heydər Əliyev irsinin daha dərindən araşdırılması, ümummilli liderin ölməz ideyalarının gənclər arasında təbliği məqsədilə təşkil olunan "Gənclər Heydər Əliyev irsini öyrənir"adlı mühazirə kursudur". Bildirilib ki, 30 aprel-7 may tarixləri arasında keçiriləcək mühazirələri ölkəmizin tanınmış xadimləri, elm adamları dinləyicilərin diqqətinə çatdıracaqdır.


Qeyd olunub ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək sovet dövrü ierarxiyasına uyğun olaraq respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.


Seymur Orucov deyib ki, 1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan \"Dövlət Gənclər Siyasəti haqqında\" fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. \"Dövlət gənclər siyasəti haqqında\" fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumlarının icrasına yönəldilib. Fərmana müvafiq olaraq \'\'Gənclər siyasəti haqqında\'\' Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalanıb. Gənclər siyasətinin həyata keçirilməsi əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılıb.


Sonda tədbirdə universitetin tələbələrini maraqlandıran suallara aydınlıq gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə