Millət vəkilindən şok faktlar

Bu gün Azərbaycandakı internat evlərindən birində zorakılıqda adı hallanaraq cəzalandırılan şəxs sonradan vəzifəsinə qayıdıb. SİA-nın xəbərinə görə, bunu millət vəkili Gülər Əhmədova MilliMəclisdə keçirilən "Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, internat evində çalışan şəxslərdən biri həmin internatdakı oğlan uşağına qarşı cinsi zorakılıq edib. Deputat bildirib ki, həmin şəxsin əməli aşkarlanıb və o, həbs edilib. Lakin həmin adamın həbsdən çıxdıqdan sonra yenidən başqa bir internatda yenidən işə düzəldiyini deyən millət vəkili vurğulayıb ki, bunların qarşısını almaq üçünmüvafiq qanunvericiliyə müəyyən əlavə və dəyişikliklər edilməlidir. Onun sözlərinə görə, elə edilməlidir ki, həmin şəxslər ümumiyyətlə uşaqların yanına qayıda bilməsin, onunla ünsiyyəti olmasın. aktlarına dəyişiklik edilməlidir: "Müvafiq dəyişikliklər edilməlidir ki, uşaqlara qarşı zorakılıq hallarına yol vermiş insanlar bir daha uşaqlara yaxın gəlməsinin, onların internatlarda çalışmasının qarşısı alınsın".

G.Əhmədova bir müddət öncə QİÇS-ə yoluxan bir qızın 200 nəfəri yoluxduğunu xatırladıb. O bildirib ki, uşaq evində böyüyən bir qızın 12 yaşında cinsi istismara məruz qalması onun həyatını məhv edib: \"QİÇS-lə yoluxduğunu biləndə bunu hamıya yoluxdurur. Bu kiçik bir qızın başına gələn bədbəxt hadisədir. Bu bizim üçün bir dərs olmalıdır. Uşaqların internatda böyüməsindən asılı olmayaraq hər birinin sağlam mühitdə inkişafı bizim hər birimizi düşündürməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə