Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin 8 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin 8 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, AMEA üzvləri, elmi-tədqiqat institutlarının rəhbərləri, ictimai xadimlər tədbirdə iştirak ediblər. İlk olaraq çıxış edən AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov mərkəzin www.aliyevheritage.org ünvanındakı portalında ümummilli lider Heydər Əliyevin irsinin təbliği barədə danışıb və bildirib ki, bu illər ərzində mərkəz Heydər Əliyevin fəaliyyətinin araşdırılması məqsədilə bir çox işlər görüb.
Daha sonra çıxış edən Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev portalda Heydər Əliyevin fəaliyyətinin demək olar ki, bütün sahələri - xarici və daxili siyasət, iqtisadiyyat, neft strategiyası, ordu quruculuğu, beynəlxalq terrorizmlə mübarizə, böyük siyasətə qayıdış və s. geniş əhatə olunduğunu bildirib. Onun sözlərinə görə, portalın 50 dildə versiyası fəaliyyət göstərir və bu da xarici oxucuların materiallarla öz dillərində tanış olmasına imkan yaradır: "Ötən il mərkəzin portalına 185 ölkədən 100 minlərlə oxucu daxil olaraq 2 milyona qədər sənəd ilə tanış olub. Oxucuların böyük əksəriyyətini dünyanın tanınmış elm mərkəzləri, rəsmi qərarların qəbul edildiyi dövlət qurumları, dünyanın nüfuzlu KİV-nin nümayəndələri, transmilli şirkətlər təşkil edir. Hazırda gün ərzində dünyanın 80-100 ölkəsindən portala oxucular daxil olur".
AMEA-nın müxbir üzvü, Tarix İnsitutunun direktoru Yaqub Mahmudov portalın əhəmiyyətindən danışıb və ümummilli liderin zəngin irsinin araşdırılmasının vacibliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Moskvadakı fəaliyyəti dövrünü əhatə edən 2 cildlik monoqrafiya üzərində iş aparılır. Alimin sözlərinə görə, monoqrafiya ulu öndərin 90 illik yubileyi ərəfəsində hazır olacaq.
Daha sonra tədbirdə Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin fəaliyyətinə həsr olunmuş slayd nümayiş etdirilib
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB