Azərbaycanda uşaqlara qarşı törədilən zorakılıq halları MDB ölkələri ilə müqayisədə 2,5 dəfə aşağıdır
\"Azərbaycanda uşaqlara qarşı törədilən cinayətlərin 40 faizini məişət zorakılığı cinayətləri təşkil edir\" SİA-nın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı Kamal İmamverdiyev Milli Məclisdə keçirilən "Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması" adlı beynəlxalq konfransda bildirib.
K.İmamverdiyevin sözlərinə görə, Azərbaycanda uşaqlara qarşı törədilən zorakılıq halları MDB ölkələri ilə müqayisədə 2,5 dəfə aşağıdır. DİN nümayəndəsi həmçinin bildirib ki, Azərbaycanın bir neçə rayonunda cəmiyyət dəstəkli uşaq polisi pilot layihəsi reallaşdırılır. K. İmamverdiyev eyni zamanda, DİN uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması istiqamətində QHT-lərlə də yaxından əməkdaşlıq etdiyini bildirib.
Könül
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB