"Azərbaycan Hava Yoları" QSC (AZAL) İstanbulun Sabiha Gökçen hava limanına birbaşa müntəzəm uçuşlara başlayır. AZAL-dan SİA-ya verilən məlumata görə, uçuşlar mayın 10-dan etibarən həyata keçiriləcək.
Bakıdan İstanbulun Sabiha Gökçen hava limanına uçuşlar bazar ertəsi, çərşənbə və şənbə günləri saat 07:50-də, çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri isə saat 17:50-də "Airbus-319/320" tipli təyyarələrlə yerinə yetiriləcək.
Reyslər şirkətin marketinq tərəfdaşı "Pegasus" aviaşirkəti (Türkiyə) ilə birlikdə həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB