İnsan Haqları üzrə Avropa Məhkəməsinə daxil olan şikayətlərin sayı açıqlanıb

İnsan Haqları üzrə Avropa Məhkəməsinə daxil olan şikayətlərin sayı açıqlanıb
İnsan Haqları üzrə Avropa Məhkəməsinə 2012-ci ilin ilk rübü ərzində 149.450 şikayət daxil olub. SİA-nın Avropa Məhkəməsinin saytına istinadla verdiyi xəbərə görə, bu barədə qurumun rəsmi açıqlamasında bildirilir. Statistik göstəricilərə uyğun olaraq, şikayətlərin əsas hissəsi Rusiyanın payına düşüb – 25,3% (37.850). Türkiyədən 11,2% (16.750), İtaliyadan 9,8% (14.700), Rumıniyadan 8,2% (12.500), Ukraynadan 6,8% (10.150), Serbiyadan 4,8% (7.100), Polşadan 3,5% (5.250), Moldovadan 2,9% (4.400), Bolqarıstandan 2,7% (4.100), Birləşmiş Krallıqdan 2,7% (4.100) şikayət daxil olub. Sıralarında Azərbaycan da olan digər 37 ölkənin payına isə 21,9% (32.800) şikayət düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə