Məhkumun ərizəsi ilə birgə onun şəxsi işi və cəza çəkdiyi dövr ərzində davranışına dair mülahizə də məhkəməyə təqdim olunur: "Məsələn, ayrı-ayrı mətbu orqanlarda vaxtaşırı adı hallandırılan, Azərbaycan Cinayət Məcəlləsinin 233, 186.1,66.3 maddələri ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Arif Hacıbala oğlu Alışlı cəzasının 1/3 hissəsini çəkdikdən sonra saxlanıldığı müəssisənin rəhbərliyi vasitəsilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edib. Məhkəmə məhkum Arif Alışlının ərizəsini, cəza çəkdiyi müddətdəki davranışı barədə tərtib olunmuş mülahizəni nəzərə alaraq onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar çıxarıb. Artıq bu gün, yəni 28 aprel tarixində məhkum Arif Alışlı Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeçiliyində olan məntəqə tipli cəzaçəkmə müəssisələrinin birinə keçirilib".
Qeyd edək ki, Arif Alışlı İctimai Palatanın ötən il aprelin 2-də Bakıda keçirməyə cəhd göstərdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan şəxslərdən biridir. A.Alışlı məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB