Nəsimi və Nərimanov rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Nəsimi və Nərimanov rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Aprelin 28-29-da paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə (M.Qaşqay, C.Hacıbəyli, Təbriz küçələrinə, Xətai prospektinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən SİA-ya bildirilib ki, fasilə Nərimanov rayonu Xətai prospektində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri ilə əlaqədardır. Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə