Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
Ötən gün saat 19:40 radələrində Bərdə şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Elçin Abdullayevin idarə etdiyi "Audi" və Camal Səfərovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub.

Nəticədə Camal Səfərov hadisə yerində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə