Elşən Bayramov: \"Görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib\"

Elşən Bayramov: \"Görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib\"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, bu gün gənclərimiz ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər.

Bu sözləri müsahibəsində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşən Bayramov deyib.

Elşən Bayramov bildirib ki, gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiqləməsində böyük rol oynayıb. Artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər ölkədə vətəndaş cəmiyyətinin qurulmasına töhfələrini verirlər. Bu siyasətin bariz nümunəsi kimi, Bakıda gənc hüquqşünasların beynəlxalq forumu keçirilir. Mən fəxrlə qeyd edə bilərəm ki, artıq Azərbaycan da dünyanın ən böyük hüquq tələbələri təşkilatına üzvdür. ELSA vasitəsilə artıq hüquq sahəsi üzrə təhsil alan azərbaycanlı tələbələr Avropa hüquq təhsili ilə tanış ola, təcrübə və bilik mübadiləsi həyata keçirə və onların şəbəkəsinə qoşula bilərlər. Eyni zamanda, ölkə daxilində müxtəlif ali təhsil müəssisələrinin hüquq tələbələrini bir yerə toplamaq və əlaqələri möhkəmləndirmək üçün əla fürsət yaradır. /AzərTAc/

Bütün xəbərlər Facebook səhifəmizdə