Gəncədə növbəti əmək yarmarkası keçirilib - FOTO

Gəncədə növbəti əmək yarmarkası keçirilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq İdarəsi tərəfindən Gəncə şəhərində növbəti əmək yarmarkası keçirilib. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, şəhər İcra Hakimiyyəti qarşısında, açıq havada təşkil olunan yarmarkada təxminən 700-dən artıq iş yeri yarmarkada iş axtaran şəxslərə təqdim olunub.

Məlumat üçün bildirək ki, iş yerləri təqdim edən idarə və müəssisələrdən 41-i dövlət, 53-ü isə özəl təşkilatlardır. Əmək haqqı təxminən 93 manatdan başlayaraq 400 manatadək dəyişib. İş axtaranlar arasında istəyinə çatanlar da olub, yarmarkadan əliboş dönənlər də.

Qeyd edək ki, bu cari ildə Gəncədə keçirilən ilk əmək yarmarkasıdır. Gələcəkdə də əhalinin işlə təmin edilməsi istiqamətində əlavə tədbirlər görüləcək.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə