Bu gün Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (MİRAS) və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) Yasamal İcra Əsaslı Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə "Uşaqlar və biz" layihəsi çərçivəsində tədbir keçirilib. SİA-nin məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd əlilliyi olan uşaqlara psixoloji dəstək olmaq, əyləndirmək və ölkəmizin mədəniyyət abidələri ilə tanış etmək olub.
Tədbirdə "Azərbaycan Abidələr Diyarıdır" filmi və uşağlar tərəfindən hazırlanmış müxtəlif rəqs nümunələri nümayiş olunub. Eyni zamanda MİRAS-ın üzvü, rəssam, ebru mütəxəssisi Vüsal Qaradaşlı tərəfindən uşaqlara Ebru sənətinin sirləri öyrədilib və sənət nümunələri təqdim olunub.
Qeyd edək ki, göstərilən rəqs nümunələri "Bakcell" şirkətinin maliyyə dəstəyi ilə UAFA-nın Yasamal İctimai Əsaslı Reabilitasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən rəqs dərnəyinin uşaqları tərəfindən nümayiş olunub.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB