Lənkəran Əliyevə məxsus mənzilin orderi etibarsız hesab edilib

Lənkəran Əliyevə məxsus mənzilin orderi etibarsız hesab edilib
Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyinin general-mayor Lənkəran Əliyevə və onun övladlarına qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. SİA-nın xəbərinə görə, prosesdə məhkəmənin çıxardığı qərara əsasən, nazirliyin iddiası təmin olunub. Birinci instansiya məhkəməsinin qətnaməsi isə ləğv edilib.

Lənkəran Əliyev Azərbaycan Silahlı Qüvvələrin Akademiyasında qərargah xidməti kafedrasının rəisidir. Nazirlik onunla yanaşı, qızları - Eleonora, Səbinə və Zoya Əliyevalara qarşı da iddia qaldırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə