Bu gün Azərbaycan Dillər Universitetində narkotiklərlə mübarizə həsr olunmuş "Sağlam həyat tərzi gənclik gözü ilə" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbir çərçivəsində tələbələr tərəfindən "İtirilmiş həyatlar" başlığı altında nümayiş etdirilən tamaşa gənclərimizin bu istiqamətdə maarifləndirilməsi məqsədini daşıyır.
Tamaşa universitetin Mülki Müdafiə Kafedrasının təşkilatçılığı ilə baş tutub. Ssenari müəllifi, kafedranın baş müəllimi Sədaqət Musayevanın sözlərinə görə, iki dəfə səhnəyə qoyulan tamaşa ilk dəfə Avrasiya Universitetində göstərilib.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov isə gənclər tərəfindən səhnəyə qoyulan bu tamaşanın komitə tərəfindən alqışlandığını və gənclərin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanun dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramına dəstək verməklə narkomanlığa qarşı mübarizədə böyük uğurlara nail olunmasına köməklik edəcəyini bildirib.
Qeyd edək ki, tədbir Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə həyata keçirilib. Tamaşa Təhsil, Səhiyyə və Daxili İşlər nazirliklərinin nümayəndəlikləri tərəfindən izlənilib.
Aytəkin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB