İstehsalatda baş verən bədbəxt hadisələrin sayı azalıb

İstehsalatda baş verən bədbəxt hadisələrin sayı azalıb

\"2012-ci ilin birinci rübündə əmək fəaliyyəti zamanı baş verən bədbəxt hadisələrin sayında azalma müşahidə olunur\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini icra edən Məhərrəm Məhərov deyib. O bildirib ki, 2011-ci il ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılan nəzarət zamanı işəgötürənlər tərəfindən əməyin mühafizəsi ilə əlaqədar yol verilən 3 mindən artıq pozuntusu faktı aradan qaldırılıb. M.Məhərov vurğulayıb ki, görülən işlər nəticəsində ölənlərin və xəsarət alanların sayı 2 dəfə azalıb.

"Ötən ilin birinci rübündə istehsalatda 24 bədbəxt hadisə baş verib ki, bu il mövcud rəqəm 10-dur. O cümlədən tikintidə ötən il 10 nəfər ölüb ki, bu il də rəqəmlər 5 nəfərdir. Bu sahədə göstərilən nöqsanların aradan qaldırılması üçün göstəriş verilib və yerinə yetirilməsi üçün işlər görülür. Bütün iş yerlərində olmaq, nəzarət etmək təbii ki, mümkün deyil. Bu işləri bilavasitə işəgötürənlər yerinə yetirməlidir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə