Elnur Kələntərli: \"Sosial yardımı alan ailələr üçün yeni reabilitasiya proqramları həyata keçiriləcək\" - AÇIQLAMA

Elnur Kələntərli: \"Sosial yardımı alan ailələr üçün yeni reabilitasiya proqramları həyata keçiriləcək\" - AÇIQLAMA

Bu gün ünvanlı dövlət sosial yardımı alan ailələr üçün yeni reabilitasiya proqramları həyata keçiriləcək. SİA-nın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Elnur Kələntərov jurnalistlərə açıqlamasında bildirib ki, yeni reabilitasiya proqramlarına ilk növbədə özünədəstək və sosial kreditləşmə daxildir. Gələcəkdə ünvanlı sosial yardımların tədricən daha aktiv tədbirlərlə əvəz olunaması üçün tədbirlər görüldüyünü deyən aparat rəhbəri vurğulayıb ki, əgər əmək qabiliyyəti olmayan, tərkibində əlillər olan ailələr onu dəyişə bilmirsə, həmin insanlara yardımların verilməsi davam etdiriləcək. Onun sözlərinə görə, burada əsas məqsəd insanları yoxsulluqdan aktiv tədbirlər vasitəsilə çıxarmaqdır ki, onların əksəriyyəti ünvanlı sosial yardımlardan digər aktiv tədbirlərə keçəcəklər: "Aktiv tədbirlər vasitəsilə həmin ailələrə maddi köməklik göstəriləcək, sosial kreditlər veriləcək. Sosial kreditlərlə onlar özünə məşğulluğu təmin edəcək, iş yerləri yaradacaq və bu yolla da artıq ünvanlı yardımdan ünvanlı dəstək proqramı həyata keçiriləcək".

E.Kələntərli qeyd edib ki, gələcəkdə ünvanlı sosial yardımların gündəmdən çıxarılması məsələsinə baxılır. Onun sözlərinə görə, əgər bu mümkündürsə, onu həyata keçirəcəyik.

"İlkin araşdırmalarımız göstərir ki, bəzi ailələri heç bir halda aktiv tədbirlərə cəlb etmək olmur. Həmin insanların bu gün yoxsul, aztəminatlı ailə olması özlərindən asılı deyil. Onların ailəsində əlillər var, ailə başçısını itiriblər. Onlar konkret olaraq dövlətdən ancaq aldıqları yardımla dolanırlar. Bunları aktiv tədbirlərə keçirmək mümkün deyilsə, bu ailələrə toxunmayacağıq. Əksinə onlara verilən maavinətlərin artırılması üçün hökumətə müraciət edəcəyik. Lakin bu gün iş tapa bilməyən insanlar, çoxuşaqlı ailələr və bu kimi digər insanlar üçün konkret tədbirlər həyata keçiriləcək. Ən gözəl yoxsulluqdan çıxmaq yolu da işləmək və aktiv tədbirlərdir", - deyə o əlavə edib.

E.Kələntərli vurğulayıb ki, Özünədəstək proqramı artıq həyata keçirilir və bu proqrama əsasən ünvanlı yardım alanlara bir illik yardımın pulu birdəfəlik verilir: "Bir illik pulla ailə öz hansısa məşğulluğunu təmin edir. indi isə istəyirik ki, sosial kreditləşmə keçək. Bu da ailə üçün daha böyük məbləğdir. Ailə bu məbləği 3-4, bəlkə də 5 il müddətinə qaytaracaq. Çox güman ki, faizsiz olacaq. Bu istiqamətdə işlər gedir. Məqsəd odur ki, ailələrə bu cür şans verilsin və onlar da bu şansdan yararlanıb yoxsulluqdan çıxsın. İşləri gələn ildən həyata keçirməyi planlaşdırırıq. Dəqiq vaxt deyə bilmərik, hələki bu istiqamətdə müvafiq strukturlarla iş aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə