Milli Məclisin komitə sədri Rusiyada keçirilən dəyirmi masada iştirak edəcək
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə "Rusiya Dövlət Duması: Avrasiya məkanında parlamentarizmin yaradılması" mövzusuna həsr olunan dəyirmi masada iştirak edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, tədbir aprelin 27-dən 29-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək.
Rusiya Dövlət Dumasında təşkil olunan dəyirmi masada Avrasiya məkanında
parlamentarizmin tarixi ənənələrinə nəzər salınacaq, qanun yaradıcılığının
müasir tendensiyaları müzakirə ediləcək, MDB üzvü olan dövlətlərin
inteqrasiyasında parlamentlərin rolunun artırılması istiqamətində səylər
əlaqələndiriləcək.
Diskussiyalarda deputatımız Rusiya Dövlət Dumasının üzvü olmuş azərbaycanlılar
barədə danışacaq, həmin tarixi şəxsiyyətlərin Avrasiya məkanında
parlamentarizmin inkişafına verdikləri töhfələrdən bəhs edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB