Ağdamda Xocalıdan olan məcburi köçkün ailəsinin övldına rayon İcra Hakimiyyəti tərəfindən təntənəli toy mərasimi keçirilib. Toy rayonun sayılıb-seçilən şadlıq saraylarından birində baş tutub.
SİA-nın Qarabağ bürosunun vediyi xəbərə görə, məclisdə rayonun icra başçısı Nizami Sadıqov, idarə və təşkilatların müdir və işçi heyəti, rayon ziyalıları da yaxından iştirak ediblər. Mərasimi rayon icra başçısı açıq elan edərək yeni evlənən gənc cütlüyə uzun ömür, can sağlığı və ailə səadəti arzulayıb.
Qeyd edək ki, məclisin davamında öz rəngarəng ifaları və kompozisiyaları ilə məşhur "Şur Ansamblı" qonaqların ruhunu oxşayıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB