USAID və Counterpart International təşkilatı \"Qadınların siyasi iştirakçılığının yüksəldilməsi\" layihəsinə başlayıb - FOTO
Bu gün Gəncə şəhərində Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və Kaunterpart International təşkilatının nümayəndələri "Qadınların siyasi iştirakçılığının gücləndirilməsi" layihəsinin başlanğıcını qeyd ediblər. USAID-dən SİA-ya verilən məlumata görə, məqsədi Gəncə şəhərində, Samux, Göygöl və Daşkəsən rayonlarında qadınların qərar qəbuletmə proseslərində iştirakını gücləndirmək olan bu layihə USAID tərəfindən maliyyələşdirilən və Kaunterpart International tərəfindən icra olunan "Qadın İştirakçılığı Proqramı"nın bir hissəsi olaraq həyata keçiriləcək.
"Azərbaycan hökuməti qadınlara qarşı ayrıseçkiliyə son qoyulmasına dair mühüm beynəlxalq konvensiyalara qoşulublar. Onlar bu öhdəliklərin yerinə yetirilməsində daha çox irəliləyişlərin əldə edilməsi istiqamətində müzakirələrə və yardıma açıqdırlar. Buna görə biz inanırıq ki, USAID tərəfindən maliyyələşən bu iki illik Qadınların İştirakçılığı Proqramı Azərbaycan hökumətinin qadın hüquqlarının və ölkənin sosial-iqtisadi inkişafının bütün sahələrində gender bərabərliyinin təşviqi səylərində onunla əməkdaşlıq etməkdə böyük rol oynayacaq",-deyə Caunterpart International təşkilatını nümayəndəsi, Qadın İştirakçılığı Proqramının rəhbəri İlqar Ağasiyev qeyd edib.
"Qadınlar öz hüquqları və imkanları barədə maarifləndirilməlidirlər və daha çox qadın qərar qəbuletmə proseslərində iştirak etməlidir. Biz düşünürük ki, heç bir ölkə öz qadınlarının imkan və səlahiyyətlərini artırmadan sosial-iqtisadi və siyasi inkişafında böyük nəticələr əldə edə bilməz",- deyə USAID-in layihələrin idarəedilməsi üzrə mütəxəssisi Pərviz Musayev vurğulayıb.
Qeyd edək ki, bu layihə "Tomris" Analar Cəmiyyəti və "Gəncə Regional Qadın Mərkəzi"İctimai Birliyi tərəfindən həyata keçiriləcək. Layihənin həyata keçirilməsi gələcəkdə qadınların ictimai və siyasi həyatda liderliyini təmin etməyə, Azərbaycanda keçirilən bütün seçkilərdə qadın namizədlərə dəstək verməsinə kömək edəcəkdir. 18 ay davam edəcək bu layihə çərçivəsində təlimlər keçiriləcək, universitet tələbələri və digər dövlət qurumları ilə ictimai dinləmələr təşkil ediləcək. Həmçinin Milli Məclisin qadın deputatları və layihədən faydalanmış qadınların iştirakı ilə milli konfrans keçiriləcək. Layihə sosial çarx və tok-şou hazırlayaraq yerli kanallarda nümayiş etdiriləcək.
Tədbirdə dövlət qurumlarından, beynəlxalq və yerli vətəndaş cəmiyyəti təşkilatlarından olan 40-a yaxın nümayəndə iştirak edib.
Məlumat üçün bildirək ki, USAID tərəfindən dəstəklənən iki illik "Qadın İştirakçılığı Proqramı"nın məqsədi qadınlarla bağlı vacib məsələlər üzrə ictimai məlumatlandırma aparmaqla, ictimai-siyasi və qərar qəbul etmə proseslərində daha çox qadının iştirakını dəstəkləməklə Azərbaycanda qadınların ictimai-iqtisadi statusunu gücləndirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB