“Azərsu” ASC yeni işə qəbul elan edir

“Azərsu” ASC yeni işə qəbul elan edir
"Azərsu" ASC yeni işə qəbul elan edir. ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bina və qurğuların tikintisi, su və kanalizasiya xətlərinin çəkilməsi və təmir işləri ilə əlaqədar Hidromek, Komatsu, Nyu Holland və Belarus markalı təkərli ekskavatorlarda (0,3 və 1 kubmetr çalovlu) işləmək üçün müvafiq kateqoriyalı maşinistləri işə dəvət edir. Maraqlananlar "Azərsu" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinə (Bakı şəhəri, Mir Cəlal küçəsi 34, tel: (012) 430-81-73) müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə