Qənirə Paşayeva Strasburq Universitetinin Avropaşünaslıq fakültəsində təhsil alan azərbaycanlı və türk tələbələri ilə görüşüb
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Qənirə Paşayeva qurumun Strasburqda keçirilən yaz sessiyası çərçivəsində Strasburq Universitetinin Avropaşünaslıq fakültəsində təhsil alan azərbaycanlı və türk tələbələri ilə görüşüb.
SİA-ya verilən xəbərə görə, görüş Strasburqda yeni yaranmış Strasburqdakı Azərbaycanlı Gənclərin Assosiasiyası (AJAS) tələbə təşkilatı və Fransa Türk tələbələri Konqresi tərəfindən birgə təşkil olunub.
Q.Paşayeva tələbələr qarşısında çıxış edərək, Azərbaycanın Avropa Şurasına üzvlüyünün əhəmiyyəti və bu qurumdakı 10 illik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsi və bu Dağlıq Qarabağ həqiqətlərinin Avropa cəmiyyətlərinə düzgün şəkildə çatdırılması, Türkiyə-Azərbaycan münasibətləri və eləcə də Avropadakı Azərbaycan və türk təşkilatlarının birgə diaspor fəaliyyətinin zəruriliyi haqda danışıb.
O, Strasburqda azərbaycanlı tələbələrin yeni yaratdıqları AJAS təşkilatına və onun sədri Fuad Məmmədova uğurlar arzulayıb, xaricdə azərbaycanlı gənclərin təşkilatlanmasını vacib olduğunu vurğulayıb. Deputat xaricdəki güclü erməni diasporasına qarşı fəaliyyətin və Türkiyə ilə Azərbaycanın maraqlarının xaricdə yaşayan hər bir azərbaycanlının və türkün, xüsusən də gənclərin ən başlıca vəzifəsi olduğunu bildirib.
Sonra Qənirə Paşayeva azərbaycanlı və türk tələbələrin suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB