“VƏTƏNİ TANI” Ümumrespublika kampaniyası Xətai rayonunda

“VƏTƏNİ TANI” Ümumrespublika kampaniyası Xətai rayonunda

"VƏTƏNİ TANI" Ümumrespublika kampaniyası artıq final mərhələsinə doğru davam edir. Artıq demək olar ki, regionların hamısında seçim turları yekunlaşmaq üzrədir.Gənclər təşkilatı Milli Şurasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kampaniyanı həyata keçirən işçi qrupu Bakı şəhəri üzrə ayrı-ayrı rayonlarda seçim turlarına başlayıb. Növbəti seçim turu Bakını Xəzər rayonunda keçirilib. Rayonun 237 saylı orta məktəbdə baş tutan yarışma gənclərin marağına səbəb olub. Milli Şuranın "Sosial və humanitar məsələlər üzrə departamenti"nin sədri, işçi qrupunun rəhbəri Əligül Ağayev kampaniyanın məqsədi barədə gəncləri məlumatlandırıb. Rayon məktəblərindən olan 150 gənc "Vətəni tanı" kampaniyasının iştirakçısı olub.

Tədbirin açılış mərasimində çıxış edən 237 saylı orta məktəbin direktoru Tərənə Qurbanova və rayon Gənclər və İdman idarəsinin nümayəndəsi Rəşad Qəndəliyev çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Gənclər arasında kiçik sorğu keçirən işçi qrupunun üzvləri öyrəniblər ki, ölkəmizdə ilk dəfə olaraq keçirilən bu genişmiqyaslı kampaniya gənclər tərəfindən dəstəklənir. Xəzər rayonunda da 2 gənc Respublika turuna vəsiqə qazanıb.

Qeyd edək ki, kampaniya Təhsil Nazirliyinin,Gənclər İdman Nazirliyinin, Gənclər təşkilatı Milli Şurasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dəstəyi ilə həyata keçirilir.

\"\"

\"\"

\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə