Gürcüstan Türkləri Konfederasiyasının prezidenti Fərəc Quliyevlə görüşüb
Gürcüstan Türkləri Konfederasiyasının prezidenti Daşqın Gülməmmədov Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Avronest Parlament Assambleyasının üzvü Fərəc Quliyev ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, görüşdə Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının sədri Süleyman Əliyev də iştirak edib. Görüş zamanı Gürcüstanda yaşayan türklərin problemləri xüsusilə də Gürcüstanda ana dilində təhsilin vəziyyəti və mövcud problemləri əsas müzakirə mövzusu olub. Milli Məclisin deputatı Fərəc Quliyev bildirib ki, o Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun üzvü kimi Gürcüstanda yaşayan Azərbaycan türklərinin problemlərinin həlli üçün mümkün vasitələrdən istifadə edəcək, problemlərin həlli ilə bağlı addımlar atacaq. GTK prezidenti Daşqın Gülməmmədov qeyd edib ki, Gürcüstanda yaşayan türklərin milli təhsil, dini, torpaq və toponomika ilə bağlı problemlərinin Azərbaycan Respublikası Milli Məclisində müzakirəyə çıxarılması məqsədəuyğun olardı. Həmçinin bu problemləri Avronest PA və NATO PA-da müzakirələrə çıxarılması onların həllini asanlaşdırdı.
Görüşün sonunda Gürcüstan Türkləri Konfederasiyasının, Fərəc Quliyevin rəhbərlik etdiyi Milli Dirçəliş Hərakatı ilə əməkdaşlıq etməsi razılaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB