Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda "Narkomaniyadan özümüzü qoruyaq" mövzusunda keçirilən konfrans zamanı maraqlı fikirlər səslənib. SİA-nın məlumatına görə, orta məktəb şagirdləri arasında narkomanların çoxaldığı vurğulanıb. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev narkotiklərlə mübarizə haqqında məlumat verərkən belə deyib: " Azərbaycana narkotik maddələr Əfqanıstan və İrandan qaçaqmalçılıq yolu ilə gətirilir. Bu gün ölkəmizdə 26716 narkoman var, onların 511-i qadındır. 14 yaşa qədər yoluxanlar 2 nəfərdir. 17-19 yaşa qədər gənclər arasında narkotikə aludə olan gənclərin sayı isə 5000 nəfərə çatır. Əvvəlki illərlə müqayisədə orta məktəblər arasında yayılma daha çox müşahidə olunur. 2011-ci ildə Daxili İşlər Nazirliyi tərəfindən 2636 narkotiklə bağlı cinayət hadisəsi qeydə alınıb. 550 kq-a qədər narkotik maddə məhv edilib. Digər nazirliklərin statistikasına gəldikdə isə, Dövlət Sərhəd xidməti 159, Milli Təhlükəsizlik Nazirliyi 650, ümumilikdə isə 1 ton 342 kiloqram narkotik maddələr aşkar edərək dövriyyədən çıxarıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB