“Tələbələr azad sahibkarlıq fəaliyyətində” beynəlxalq proqram üzrə VII Respublika çempionatı keçiriləcək
Gənclər və İdman Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə hər il "SİFE" Azərbaycan nümayəndəliyi ilə birgə "SİFE" proqramı üzrə milli yarışlar keçirilir və qalib komanda Dünya kuboku yarışlarına ezam edilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hər il 700 nəfərdən çox tələbənin cəlb olunduğu12-14 arası tələbə komandası 40-a yaxın layihə həyata keçirir. Milli yarışların qalibləri ölkəmizi Paris, Nyu-York, Sinqapur, Berlin, Los-Anceles və Kuala Lumpur kimi şəhərlərdə keçirilən Dünya kubokları yarışlarında təmsil ediblər. Komandalarımızın uğurlu göstəriciləri və təqdimatları əsasında Azərbaycan Dövlət İqtisad Universiteti və Naxçıvan Dövlət Universiteti "Spirit of SİFE" kubokları ilə təltif edilib, Gənclər və İdman Nazirliyi isə "Friend of SİFE" mükafatına layiq görülüb.
"SİFE" proqramı üzrə milli yarışda iştirakçı komandalar liqalara bölünür və qalibiyyət uğrunda mübarizə aparır. Qalib komanda innovativ yanaşmaya, layihələrin sosial effektinə, ekoloji standartların qorunmasına, biznes etikasının gözlənilməsinə, maliyyə idarəçiliyinə, nitq qabiliyyətinə və digər meyarlara əsasən müəyyən edilir. Qeyd etmək lazımdır ki, "SİFE" proqramı üzrə yarış biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması məqsədilə gənclər üçün yaradılmış platformadır.
2011/2012 tədris ilində "SIFE" proqramına 12 komanda qoşulub.27-28 aprel 2012-ci il tarixlərdə keçiriləcək respublika çempionatında komandalartərəfindən 30 layihənin təqdimatı aparılacaq. Biznes strukturlarını təmsil edən nüfuzlu və təcrübəli mütəxəssislərdən ibarətmünsiflər heyəti "SİFE" meyarları əsasında qalibləri seçəcək. Qalib komanda ölkəmizi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçiriləcək Dünya kuboku yarışında təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB