Firudin Mamedov: "İnanırıq ki, diasporumuza azərbaycanlıları layiqincə təmsil edən şəxs rəhbərlik edəcək" - MÖVQE
Firudin müəllim diaspor quruculuğu və bu günkü vəziyyətlə bağlı fikirlərini bizimlə bölüşərək bildirib ki, burada yaşayan azərbaycanlılardan alimi də, fəhləsi də var, lakin ümumi bir liderə ehtiyac həmişə olub, bu gün də var: "Heç kimə sirr deyil ki, burada yaşayan ermənilər və gürcülər Ukrayna Ali Radasında bir neçə deputatla təmsil olunur. Azərbaycanlılardan isə bir nəfər belə təmsilçimiz yoxdur. Bu artıq uzun illər fəaliyyətin aşağı səviyyədə olmasından xəbər verir. Mənə elə gəlir ki, burada yaşayan azərbaycanlıların Ukrayna Parlamentində təmsil olunmaq haqları var. Bu gün Azərbaycan Qafqazın lider ölkəsidir, bu artıq sözdə deyil, öz inkişafı ilə bütün dünyada öz yerini sübut edib. Bu yaxınlarda yolum doğulduğum Şəmkir rayonuna düşmüşdü. Yollarımız Avropanı xatırladırdı, rayonun başdan-başa yenidən qurulduğunu, abadlaşdığını görəndə istər-istəməz qürur hissi keçirirsən. Məlum olduğu kimi bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılan daxili və xarici siyasətin nəticəsidir. O ki, qaldı Ukrayna-Azərbaycan münasibətlərinə, mənə elə gəlir V.Yanukoviç və İlham Əliyev arasında dostluq münasibətləri, çox sıx əmakdaşlıq var. Buna 2011-2015-ci illər ümumi əməkdaşlıq haqqına bağlanan müavilə də əyani sübutdur".
F.Mamedov sonda Ukrayna azərbaycanlıları konqresinin rəhbərlik məsələsinə münasibət bildirərək qeyd edib ki, bu dəfəki seçkilər ədalətli olacaq və diasporumuza şəxsi nüfuzundan istifadə edərək azərbaycanlılara dəstək olan bir şəxs rəhbərlik edəcək: "Millətimizin təmsilçisi layiq olduğu kürsülərdə oturmalıdır".
Əlmaniz Ələkbərli, Ukrayna bürosu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB