Elçin Babayev: “Elmin İnkişafı Fondu üç plagiat iş aşkarlayıb”

Elçin Babayev: “Elmin İnkişafı Fondu üç plagiat iş aşkarlayıb”
\"Elmin İnkişafı Fondu üç plagiat iş müəyyən edib. Plagiat işlər aşkarlanan zaman bəzi alimlər anonimlik şərtini pozmağa da razı olub, öz adlarının göstərilməsini istəyiblər\". Bunu jurnalistlərə açıqlamasında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev jurnalistlərə açıqlamsında deyib. Onun sözlərinə görə, hətta polemikalarda alimlərdən biri qarşı tərəfə bir neçə bəndlik şeirlə cavab verib: "Biz fonda təqdim edilən layihələrlə bağlı müəlliflik hüququnu tamamilə qoruyuruq. Hər hansı mübahisəli məsələ aşkar edilərsə, bu məsələnin sona qədər araşdırılması üçün Müəllif Hüquqları Agentliyi ilə əməkdaşlıq etməyə hazırıq\".

E.Babayev fondun çox güclü elektron məlumat bazasına malik olduğunu da sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə