Ombudsman: “Azərbaycanda ümumiyyətlə, işgəncə faktı aşkar edilməyib”
\"Azərbaycanda ümumiyyətlə, işgəncə faktı aşkar edilməyib. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamsında obmudsman Elmira Süleymanova deyib. Onun sözlərinə görə, bununla belə, bəzi müəyyən kobud rəftar halları olur: "Ona görə də biz aidiyyəti orqanlara müraciət etmişik ki, bunlar beynəlxalq normalara uyğunlaşdırılsın".
"Xəyal" televiziyasının redaktoru, hazırda həbsdə olan Zaur Quliyevin işgəncələrə məruz qalması ilə bağlı suala cavabında E. Süleymanova bildirib ki, bu məsələnin də araşdırılması üçün baş prokuror və daxili işlər nazirinə müraciət edib: "Biz o redaktorla neçə dəfə görüşmüşük, işgəncəyə məruz qalması barədə bir dəfə də şikayəti olmayıb. Bununla belə, faktın araşdırılması üçün baş prokurora və daxili işlər orqanlarına müraciət etmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB