Ölkədə 8 mindən çox əsər və əlaqəli hüquq obyektləri qeydiyyatdan keçirilib
MDB məkanında Azərbaycan əsərlərin qeydiyyatı sisteminin tətbiq edildiyi ilk ölkələrdən biridir. İndiyədək Müəllif Hüquqları Agentliyində 8 mindən çox əsər və əlaqəli hüquq obyektləri qeydiyyatdan keçirilib. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov deyib. Onun sözlərinə görə, qeydiyyatdan keçirilmiş əsərlər və onların müəllifləri haqqında agentlikdə elektron məlumat bazası yaradılıb və əqli mülkiyyə obyektlərinin on-line rejimində qeydiyyatdan keçirilməsi sisteminin tətbiqinə başlanılıb: "Əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması istiqamətində Agentliyin nümayəndələri son üç ildə müxtəlif məhkəmə instansiyalarının 21 iclasında iştirak edib, 26 iddia ərizəsi tərtib olunub və ya tərtib olunmasına köməklik göstərilib, müəllif hüquq məslələri ilə bağlı dövlət və məhkəmə orqanlarının sorğuları əsasında 20 ekspert rəyi hazırlanıb, müəlliflərə 1497 məsləhət verilib, 31 simpozium, seminar və dəyirmi masa keçirilib, hüquq sahiblərinin iştirakı ilə piratçılıqla mübarizəyə həsr olunmuş, həmçinin müəllif-hüquq məsələlərinə dair `10-a yaxın kitab nəşr olunub, 32 prezentasiya edilib. Yalnız piratçılıqla mübarizənin gücləndirilməsi məsələlərinə həsr edilmiş 8 beynəlxaq və milli konfrans keçirilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB