İdrak Abbasovla bağlı məsələ Ombudsmanın nəzarəti altındadır

İdrak Abbasovla bağlı məsələ Ombudsmanın nəzarəti altındadır

"Ayna" və "Zerkalo" qəzetlərinin əməkdaşı İdrak Abbasovla bağlı məsələ Ombudsmanın nəzarəti altındadır\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamsında Obmudsman Elmira Süleymanova deyib. Onun sözlərinə görə, İ.Abbasovun olduğu xəstəxananın baş həkiminə onun səhhətinin xüsusi nəzarətdə saxlanılması üçün tapşırıqlar verilib: "Bu nəzarət yerinə yetirilir. Dünən biz yenidən Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşları ilə İdraka baş çəkmişik və onun səhhəti ilə maraqlanmışıq" .

Ombudsman həmçinin İdrak Abbasovu döyənlərin cəzalandırılacağına ümid edir: "Bu hadisə baş verəndən dərhal sonra həm baş prokurora, həm daxili işlər nazirinə birbaşa müraciət etmişəm ki, bu məsələ araşdırılsın, günahkar şəxslər cəzalandırılsın. Hər hansı qanun pozuntusu aradan qaldırılan zaman onu həyata keçirən şəxslərə işi necə icra etmək barədə mütləq şəkildə təlim keçilməlidir. Təsadüfi insanlar bununla məşğul olmalı deyillər".

Bütün xəbərlər Facebook səhifəmizdə