Əmək və əhalinin sosial müdafiəsi naziri Sinqapurun İnsan resursları naziri ilə görüşüb-FOTO

Əmək və əhalinin sosial müdafiəsi naziri Sinqapurun İnsan resursları naziri ilə görüşüb-FOTO

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Sinqapur İnsan resursları naziri Tan Çuan-Jin ilə görüşüb. Nazirliyin mətbuat xidmtəindən SİA-ya verilən xəbərə görə, görüş zamanı nazir Fizuli Ələkbərov tərəfindən Azərbaycanda uğurla həyata keçirilən islahatlar və insan inkişafı ilə bağlı ətraflı məlumat verilib. Nazir Tan Çuan-Jin Sinqapurda insan resurslarının inkişafı ilə bağlı həyata keçirilən siyasət, əmək bazarının monitorinqi, idarəetmə və ölkə üzrə bu sahədə əlaqələndirmə fəaliyyətinə dair müvafiq məlumat təqdim edib.

Görüşdə hər iki ölkə arasında əmək və məşğulluq sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə dair geniş müzakirələr aparılıb. Nümayəndə heyəti Sinqapur İnsan Resursları Nazirliyinin fəaliyyəti ilə də yaxından tanış olub.

Daha sonra nümayəndə heyəti İnsan Resursları Nazirliyi nəzdində fəaliyyət göstərən Sinqapur İşçi Qüvvəsinin İnkişafı Agentliyində görüş keçirib. Görüşdə əmək bazarı üçün rəqabətqabiliyyətli işçi qüvvəsinin, peşə və təlim standartlarının hazırlanması və tətbiqi, habelə işçi qüvvəsinin keyfiyyətinin qiymətləndirilməsinə dair geniş fikir mübadilələri aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə