“Gündəlik xəbərlərlə bağlı səhnəciklər” ADU-da

“Gündəlik xəbərlərlə bağlı səhnəciklər” ADU-da

Azərbaycan Dillər Universitetində (ADU) İndoneziya Araşdırmalar mərkəzinin direktoru Laura Zərbəliyevanın təşkilatçılığı ilə "Gündəlik xəbərlərlə bağlı səhnəciklər" adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə İndoneziyanın Azərbaycandakı səfiri Pryando Atiyanto və onun həyat yoldaşı, həmçinin səfirliyin nümayəndələri iştirak ediblər.

Regionşunaslıq və Beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşunaslıq ixtisası üzrə ADU-nu bu il bitirəcək 471-ci qrup tələbələri İndoneziyada təhsil almış tələbələr, Balli adasında Azərbaycan turistləri, Avrovisionda Fransanı təmsil edəcək əslən İndoneziyalı olan Anggunu parodiya etdilər. İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto tədbirin sonunda çıxış edərək deyib ki, İndoneziya və Azərbaycan əlaqələri inkişaf edir. O, Azərbaycan mədəniyyətinin cox zəngin olduğunu vurğulayıb. Tələbələrin çıxışlarını, nitqlərini bəyəndiyini dilə gətirib və onlara öz minnətdarlığını bildirib.

Daha sonra tələbələr İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyantoya hədiyyələr veriblər. Öz növbəsində səfir ADU-nun İndoneziya Araşdırmalar mərkəzinin direktoru Laura Zərbəliyevaya hədiyyə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə