Azərbaycanın mədəni irsi Gürcüstanda - FOTO

Azərbaycanın mədəni irsi Gürcüstanda - FOTO

Tiflis şəhərində Gürcüstan Azərbaycanlıları Konqresinin ofisində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təqdimatı keçirilib. Miras İctimai Birliyindən SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə Birliyin Gürcüstan üzrə təmsilçisi Elnur Əliyev açıb. Miras İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli birliyin fəaliyyəti və nəşrləri haqqında məlumat verib, tədbir iştirakçılarına birliyin nəşrləri təqdim olunub.

Təqdimatın ardınca "Dünyada mənim vətənim" layihəsi çərçivəsində nəzərdə tutulan silsilə seminarlara start verilib. Dr. Fariz Xəlilli "Azərbaycanın mədəni irsi" mövzusunda məruzə edib. Seminar zamanı iştirakçı-dinləyicilərə Azərbaycanın ən qədim dövrdən müasir dövrə qədər olan mədəni irsi haqqında geniş məlumat verilib. Silsilə seminarlarda iştirak üçün müxtəlif universitetlərin fərqli ixtisaslarından 30-dan çox tələbə qeydiyyatdan keçib. Şəqrşünaslıq ixtisasının tələbələri üçün seminar xüsusi ilə maraqlı olub.

Sonda dinləyicilərin sualları cavablandırılıb, birliyin Gürcüstan təmsilçisi tələbələrə növbəti seminarlar barədə məlumat verib. Azərbaycanlıların mənəvi mədəniyyəti, azərbaycan dili, azərbaycan ədəbiyyatı, Gürcüstan-Azərbaycan münasibətləri və Gürcüstan azərbaycanlıları mövzularında seminarlar olacaq.

Qeyd edək ki, seminarlar gürcücə və ya gürcücəyə ardıcıl tərcümə vasitəsi ilə keçirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə