QHT Şurasında maliyyələşən layihələrin rəhbərləri və mühasibləri təlimatlandırılıb - FOTO

QHT Şurasında maliyyələşən layihələrin rəhbərləri və mühasibləri təlimatlandırılıb - FOTO

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci ildə maliyyələşdirdiyi layihələrin həyata keçirilməsinin effektivliyinin artırılması məqsədilə qadın, uşaq və gənclərin inkişafına, ailə institutunun möhkəmlənməsinə ictimai dəstək istiqaməti üzrə maliyyələşmiş 35 layihə rəhbərləri və mühasibləri üçün layihələrin idarə olunması və hesabatların təqdim edilməsi mövzularında məlumatlandırma sessiyası keçirilib.

QHT-lərə Dövlət Dəstəyi Şurasından SİA-ya verilən məlumata görə, sessiyanı açan şura katibliyinin məsləhətçisi Nigar Ağakişiyeva layihələrin idarə edilməsi, keçirilən tədbirlərin effektivliyinin artırılması, görülən işlər üzrə təsviri hesabatların verilməsi, layihə çərçivəsində nəzərdə tutulan nəşrlərin məzmunu və estetik görünüşü barədə danışıb. Həmçinin, qeyd edib ki, layihələrə ekspert qismində cəlb olunan şəxslərin peşəkarlığına və intellektual səviyyəsinə diqqət edilməli, təlim və seminarlarda əyani vəsaitlərdən istifadə olunmalı, medianın iştirakı təmin olunmalıdır.

Maliyyə hesabatlarının verilməsilə bağlı katibliyin əməkdaşı Amid Mirzəyev maliyyələşən layihələrin mühasiblərini təlimatlandırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə