Sorğunun nəticəsi: \"Azərbaycan əhalisinin 91%-i ölkə prezidenti İlham Əliyevi dəstəkləyir\"
Azərbaycan əhalisinin böyük əksəriyyəti ölkə prezidenti İlham Əliyevi dəstəkləyir. Bunu "Rəy" Monitorinq Mərkəzinin bu günlərdə keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir. Mərkəzdən SİA-ya verilən məlumata əsasən, sorğunun nəticələrinə görə, əgər qarşıdan gələn bazar günü ölkədə prezident seçkiləri keçirilsəydi, seçicilərin mütləq əksəriyyəti -91%-ə yaxını hazırki dövlət başçısı İlham Əliyevə səs verərdi. "İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?" sualını respondentlərin 87%-i "bəli, cavab verir" (tam və ya qismən), 5%-i "xeyir, cavab vermir", 4%-i isə "əsasən cavab vermir" deyə cavablandırıblar. Qalan respondentlər sualı cavablandırmaqda çətinlik çəkiblər.
Sorğu göstərir ki, əhalinin 76%-i Azərbaycan prezidenti postunda İlham Əliyevə alternativ görmür. Həmçinin məlum olub ki, qarşıdan gələn bazar günü prezident seçkiləri keçirilsəydi, respondentlərin əksəriyyəti (59%) birmənalı olaraq səsverməyə qatılardılar. Daha 18% "yəqin ki, iştirak edərdim" cavab variantını seçib.
Səsverməyə getməyəcəyini deyən respondentlər isə 14% təşkil edib.
Qalan 9% isə cavab verməkdə çətinlik çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB