Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı hesabat-seçki konfransı keçirib - FOTO

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı hesabat-seçki konfransı keçirib - FOTO
Bu gün Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) XXII hesabat-seçki konfransı keçirilib. SİA-nın məlumatına görə, kofransın gündəliyində bir sıra məsələlər müzakirə olunub. Həmin məsələlərə MHİRK-in 2005-ci ildən 2012-ilə qədər olan hesabatı, Təftiş-Nəzarət komissiyasının hesabatı, Azərbaycan Dəmiryolçularının MHİRK-in rəhbər orqanlarının seçilməsi haqqında, MHİRK-in sədrinin və müavinin seçilməsi kimi mövzular daxil edilib.


İlk olaraq çıxış edən \"Azərbaycan Dəmir Yolları\" QSC-nin rəhbəri Arif Əsgərov bır sıra vacib məsələrə aydınlıq gətirib. Belə ki, dəmir yolu işçilərinin əmək haqlarının artırılması və onların mənzillə təmin edilməsi bildirilib.


Tədbirın davamında konfransın gündəliyinə salınan bır sıra məsələlər müzakirə olunub.


Konfransda həmçinin F.Bağırov yenidən 5 il müddətinə MHİRK-in sədri vəzifəsinə seçilib.


Qeyd edək ki, tədbirdə Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Gennadi Kosolapov, Rusiya Dəmiryolçularının və Nəqliyyat İnşaatçılarının beynəlxalq Həmkarlar İttifaqları Komitəsinin sədr müavini Sergey Çernov və başqları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə