“Azərbaycan 2020: gələcəyə baxış”-“Gəncliyin düşüncələri” adlı dəyirmi masa keçirilib
Qeyd olunub ki, bu gün ölkə gündəmində daha çox müzakirə edilən bu konsepsiyanın hazırlanması təkcə dövlət qurumlarında deyil, ictimaiyyət arasında, vətəndaş cəmiyyəti institutlarında, ayrı-ayrı siyasi partiya və təşkilatların toplantılarında geniş müzakirə olunmaqdadır. Əsas məqsəd isə konsepsiyanın hazırlanmasına təkliflər vermək, onun ölkəmizin gələcək inkişafını davamlı təmin edən mükəmməl formada hazırlanmaqdan ibarətdir.
Daha sonra konfransda Gənclər və İdman Nazirliyinin müavini İntiqam Babayev, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənov və digərləri çıxış edərək Ümummilli lider Heydər Əliyevin və cənab prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, bu günki Azərbaycan dövlətinin siyasəti gənclər siyasəti ilə eyni yolda uğurlu bir şəkildə davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB